KARANTİN REJİMİNİ POZAN 1569 NƏFƏR CƏRİMƏLƏNİB

Ölkədə tətbiq olunan xüsusi karantin rejimininin tələblərini pozduqlarına görə avtomobildə olan vətəndaşlar cərimələnib.Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Belə ki, (COVİD-19) epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 07 aprel 2020-ci il saat 00:00-dan 08 aprel 2020-ci il saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 569 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Xatırladaq ki, Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 8 514 nəfər inzibati məsuliyyətə cəlb olunub.