KARANTİN REJİMİ FERMERLƏRƏ NECƏ TƏSİR EDƏCƏK?

Yazın gəlməsi ilə ölkəmizdə kənd təsərrüfatı işlərinin aktiv dövrü başlayır.

Kənd təsərrüfatı ilə məşğul olan şəxslərin təsərrüfat işləri artır. Bəs ötən ildən dünyanın bəlasına çevrilən, fevral ayından isə, ölkəmizdə də aşkarlanan koronavirus infeksiyasının geniş yayılmasına qarşı karantin rejminin tətbiq edilməsi, insanların çölə çıxmasını məhdudlaşdıran qərarların qəbulu kənd təsərrüfatı ilə məşğul olan insanların işlərinə mane olacaqmı?