Rusiyadan olan məşhur fotoqraf Stanislav Tolstnev karantin müddətini fərqli formada keçirmək qərarına gəlib.
Belə ki o bu müddətdə özünü sivilizasiyadan uzaqda keçirmək məqsədilə avtomobilini evə çevirərək, Baykal gölünün sahilinə köçüb. Fotoqraf deyir ki , “UAZ Patriot”markalı avtomobilini evə çevirmək fikri karantin və koronavirusla bağlı baş verənlərdən çox-çox əvvəl gəlib.Məsələ burasındadır ki, mən vəhşi təbiətdə çox gəzirəm, foto və video çəkirəm. Bu dəfə təsadüf elə gətirdi ki, karantin başladı, mən də Baykal gölünə getməli idim. Yaz tətili olduğu üçün oğlumu da özümlə götürdüm”.Onu da xatırladaq ki , Stanislavın maşını lazım olan bütün vasitələrlə, o cümlədən günəş batareyası ilə təchiz olunub. Onun sözlərinə görə, günəş stansiyasından topladığı enerji kamera, noutbuk, işıqlandırma, mini-soyuducu, hətta mikrodalğalı sobaya da çatır.Stanislav Tolstnev bütün gününü çəkilişlər etməklə, ya da çəkdiyi fotoların üzərində işləməklə keçirir.