KAPİTAN FUAD ORUCOV XAÇMAZDA DƏFN EDİLDİ
Baxış sayı: 7
Azov dənizində yük gəmisinə edilən hücum zamanı həlak olan Azərbaycan vətəndaşı, gəmi kapitanı Fuad Orucov son mənzilə yola salınıb. Fuad Orucovun nəşi doğulduğu Xaçmaz rayonuna gətirilib. Mərhumla əvvəlcə yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra Fuad Orucov doğulduğu Xaçmaz rayonunun Yergüc kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, iş yoldaşları, dostları və kənd sakinləri iştirak ediblər.
Qeyd edək ki, Fuad Orucov Azov dənizinin Taqanroq körfəzində yük gəmisinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum zamanı həlak olub.
