Kaliforniya startapı tullantıların ümumi utilizasiyası üçün hazırlanmış “FastOx” texnologiyasını təqdim edib .Yeni texnologiya vasitəsilə bütün növ tullantıları ətraf mühit üçün ziyansız şəkildə məhv etməklə yanaşı,
həm də onlardan bir çox yerdə tətbiq oluna biləcək xammal əldə etmək mümkündür.Texnologiya tullantıları yandıran kamera əvəzinə modifikasiya edilmiş metallurgiya domnasının tikilməsini nəzərdə tutur. Yanma prosesinin sürətlənməsi üçün ona təmiz oksigen yeridilir, temperatur isə 2200 dərəcə Selsiyə çatır. Bu istilik tullantını buxarlandırır, onun sadə komponentlərə (hidrogen və dəm qazı) parçalanmasına səbəb olur.Qazlardan elektrik enerjisi və ya gübrə istehsalında istifadə etmək olar. Buxarlanmayan və digər komponentlərdən ayrılan metallar təkrar emala hazır olacaq. Bütün təhlükəli mikroblar, istifadə müddəti bitmiş dərmanlar, zəhərlər və s. yüksək temperaturda məhv ediləcək.