JURNALİSTLƏR QUBADAKI “MEDİA ŞƏHİDLƏRİ” PARKINDA TOPLANDI
Baxış sayı: 494
Şimal bölgəsində çalışan bütün media qurumlarının nümayəndələri 22 iyul Milli mətbuat günü ilə bağlı Qubadakı “Media Şəhidləri” parkına toplandılar. Tədbirdən öncə şəhid jurnalistlərin xatirəsinə uacaldılan abidə önünə gül dəstələri düzüldü. Abidə önünə gül dəstələri düzüldükdən sonra Azərbaycanın Dövlət Himni səsləndirildi və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının, həmçinin düşmən təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalan media nümayəndələrinin xatirəsi ehtiramla anıldı.Şəhidlərin əziz xatirəsi yad edildikdən sonra Quba Rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev çıxış edərək bildirib ki, 147 il əvvəl əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan mətbuatı ötən hər ildə yeni-yeni keyfiyyət göstəriciləri qazanıb. Prezident İlham Əliyevin qayğısı sayəsində milli mətbuatımız sürətlə inkişaf edir. Dövrün nəbzini tutmağı bacaran, əsl həqiqətləri dünya ictimaiyyətinə dolğun şəkildə çatdıran jurnalist kadrlar yetişib.