İLQAR MAHMUDOV KÜRKÜN KƏNDİNDƏ SAKİNLƏRLƏ GÖRÜŞÜB

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Alpan kənd inzibati ərazi dairəsinə daxil

olan Kürkün kəndində sakinlərlə növbəti səyyar görüşünü keçirib. Görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirləri, həmçinin Quba rayonunda görülən işlər və qarşıda duran vəzifələr barədə sakinləri bilgiləndirib. Daha sonra vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Kənd sakinləri müraciətlərinə həssaslıqla yanaşılmasına, əhalinin problemlərinin həlli istiqamətində göstərilən diqqətə və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər. Səyyar qəbuldan əvvəl Rayon rəhbəri və aidiyyəti şəxslər Kürkün kənd ümumi orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ müharibəsi şəhidi Yusif Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.