Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Dağlı kəndində vətəndaşların
növbəti səyyar qəbulunu keçirib. Qəbulda rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, Quba rayonunda görülən abadlıq və quruculuq işləri, eləcə də əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə sakinlərə bilgi verdi.Daha sonra kənd sakinlərinin müraciətləri və onları narahat edən məsələlər dinlənildi. Səyyar qəbuldan əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Yaşar Xudayevin Dağlı kəndindəki bulaq-xatirə kompleksini, kəndin girişində və Dağlı kənd tam orta məktəbində yaradılmış Şəhid xatirə guşələrini ziyarət etmiş, önlərinə gül dəstələri düzmüşdür.
