İCRA BAŞÇISI QƏBULDAN ƏVVƏL ŞƏHİDLƏRİN XATİRƏSİNİ YAD ETDİ

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Çiçi kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

Qəbulda rayon Polis Şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülən işlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Çiçi kəndində yerləşən Şəhidlər abidəsini ziyarət edib, daha sonra Birinci Qarabağ Müharibəsi şəhidi Hikmət Məmmədovun büstünün önünə gül dəstələrı düzüb.