İŞĞALDAN AZAD EDİLƏN ƏRAZİLƏRDƏ 855 MƏDƏNİYYƏT MÜƏSSİSƏSI AŞKAR EDİLİB

İndiyədək aparılmış̧ ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 314 tarix-mədəniyyət abidəsinə baxış̧ keçirilib. Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 125 obyektin (yeni aşkar olunmuş̧ abidə) monitorinqi aparılıb. Həmçinin aparılan ilkin monitorinqlər zamanı 855 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 457-si kitabxana, 345-i klub müəssisəsi, 20-si muzey, 25-i uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur. Müəssisələrin hamısı demək olar ki, tamamilə dağıdılmış̧ vəziyyətdədir. Monitorinqlərlə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonlarını əhatə edir”, - deyə Məryəm Qafarzadə vurğulayıb. Qeyd edək ki, aparılmış monitorinqlərlə bağlı may ayının əvvəlində də ictimaiyyətə məlumat verilib.