İŞAXTARAN GƏNCLƏRLƏ GÖRÜŞ

Istedadınızı göstərmək üçün əla fürsət. Bu imkandan yararlanan Ölkənin 4 bir yanından bilik və bacarıqlarını nümayiş etdirmək istəyən kreativ düşüncəyə  sahib  gənclər  bu gün Qafqaz MTRŞ –ində toplaşdı.

Azərbaycanın ilk biznes və turizm kanalı olan “Qafqaz” tv –də  baş tutan müsahibələrdə televiziya jurnalisti, redaktor, qrafika və montaj mütəxəssisi, kameraman, səs rejissoru və reklam meneceri  ixtisasları üzrə ümumillikdə 20 -ə yaxın gənc iştirak edirdi. Mütəmadi təşkil olunması planlaşdırılan kastinqlərin televiziyanı daha yeni səviyyəyə qaldıracağı və Qafqaz tv-nin  gələcək inkişafı üçün başlanğıc nöqtəsi olacağı  qaçılmazdır. Seçim turuna qatılan Gənclərin əksəriyyəti Paytaxt və digər bölgələrdən  olsada, olduğu, yaşadığı yeri mərkəz etməyi bacaran və yeniliyə hər zaman açıq olan  gənclərin  böyük bir qismi kastinqin yüksək səviyyədə təşkil olduğunu və  həvəslə burada çalışmaq arzularını ifadə etdilər. Onu da deyəkki , hazırda Qubadan yerüstü yayımlanan televiziya bütün Azərbaycanın Şimal bölgəsinin rayonlarını və Dağıstanın bəzi rayonlarını əhatə edir. Qafqaz TV  yenilənən kollektivi ilə birgə yeni, bir–birindən maraqlı verilişləri ilə qarşınızda olmağı hədəf seçib.bizi izləməyə davam edin....