IĞDIRDA AZƏRBAYCANA DƏSTƏK AKSİYASI KEÇİRLİB
Baxış sayı: 635
12-13 sentyabr tarixlərində ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlarına qarşı etiraz əlaməti olaraq Türkiyənin Iğdır vilayətində tədbir keçirilib. Azərbaycana dəstək, haylara etiraz məqsədi daşıyan tədbir Türkiyə Azərbaycan Dostluq dərnəkləri federasiyasının təşkilatçılığı ilə keçirilib. Milli duyarlılıq göstərərək tədbirə qatılanlar arasında dövlət rəsmiləri, müxtəlif təşkilatların rəhbərləri və əməkdaşları, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə erməni təxribatlarından danışılaraq, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğu, və bundan sonra da Azərbaycanı dəstəkləyəcəkləri səsləndirilib.
Iğdır bələdiyyə meydanında baş tutan tədbirdə həmçinin ermənistanın revanşist fikirlərindən əl çəkməyəcəyi təqdirdə Azərbaycan Ordusunun onlara gərəkli dərsi evrəcəklərindən əmin olduqları vurğulanıb.