İÇƏRİŞƏHƏRDƏ YENİ PARK SALINIR

 “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Riad Qasımov  İçərişəhər ərazisində yeni park salındığı haqqında bilgi verib.

Onun sözlərinə görə  “İlin sonuna qədər Bakı xanlarının sarayında bərpa işləri bitəcək və yeni muzey ekspozisiyası yaradılacaq”. Riad Qasımov bildirib ki,  “Artıq 3 aydır Qoşa Qala qapılarında restavrasiya işlərinə başlanılıb. Bu böyük proses olduğu üçün restavrasiya və bərpa-konservasiya işləri bir müddət davam edəcək”.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Riad Qasımovun sözlərinə görə İçərişəhər ərazisində yeni park da salınır: “Həmçinin Bakı Xanlarının Sarayında restavrasiya işləri aparılır. İlin sonuna qədər bərpa işləri bitəcək və yeni muzey ekspozisiyası yaradılacaq. Həmin ərazidə 3 il əvvəl tapılmış yeraltı hamamla Bakı Xanlarının Sarayı arasında böyük park salınır. Bu istirahət guşəsi bütün sakinlər, Bakı şəhərinin qonaqları üçün nəzərdə tutulub.  İlin sonunda həmin ərazi təhvil veriləcək”. Qeyd edək ki, 2019-cu ilin may ayında Qoşa Qala qapılarında bərpa işləri başlayıb. Layihəyə əsasən, Qoşa Qala qapıları həm İçəri Şəhər (daxili), həm də Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya ediləcək. Bu işlər öncə Qala divarlarının daxili hissəsindən başlayıb.