İXTİSAS SEÇİMİ BAŞLANIB

İyulun 24-dən abituryentlərin ixtisas seçiminə başlanılıb. Abituryentlərə kömək məqsdəilə DİM-nin regional bölmələrində, müxtəlif rayon təhsil şöbələrində “Abituriyent Məsləhət Mərkəzləri” yaradılıb.

İxtisas seçimi günlərində DİM-nin elektron səhifəsində yer alan cədvəldə verilən tarixlərdə Rayon Təhsil Şöbələrində DİM-in əməkdaşları və RTŞ-nin əlaqələndiriciləri tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək.