İSVEÇ SƏFİRİ QUBAYA SƏFƏR EDİB

İsveç Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Tobias Lorentzson Quba rayonuna səfər edib. Səfər çərçivəsində qonaq Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüşüb. Rayon rəhbəri qonağa rayonun sosial-iqtisadi inkişafı, coğrafi mövqeyi, mədəni və təsərrüfat həyatı, turizm infrastrukturu və tarixi barədə ətraflı bilgi verib. Daha sonra qonaq “Qədim Quba” xalçaçılıq müəssisəsi ilə tanış olub. Bundan əlavə, Tobias Lorentzson Dağ yəhudilərinin kompakt şəkildə yaşadığı Qırmızı Qəsəbə, buradakı Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi, “Giləki” və “Altı Günbəz” sinaqoqları ilə tanış olacaq, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət edəcək və “ABAD Factory” istehsalat kompleksi ilə də tanış olacaq.