Çəkiləcək dəmir yolu hansı əraziləri birləşdirəcək? İstirahət üçün Şahdağa üz tutanlara şad xəbərimiz var.Belə ki, yaxın zamanda şahdağa getmək daha da asanlaşacaq.Artıq layihə üzərində işlərə də başlanılıb.
Son illərdə ölkəmizdə turizmin inkişafı istiqamətində böyük işlər görülür.Bu sahənin sürətli inkişafını təmin etmək məqsədilə mühüm layihələr gerçəkləşdirilir.Bu layihələrdən biridə Turizm mərkəzlərindən biri olan şahdağa dəmir yolunun tikintisi ilə bağlıdır.Artıq “Şahdağ”a gedəcək yeni qatar yolunun layihələndirilməsinə başlanılıb və hətda tikintisi üçün üç milyon manat pul ayrılıb.Bu sözləri Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dekabrın 17-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.Bu işi Türkiyənin şirkətlərindən biri həyata keçirəcək.Qapalı Səhmdar Cəmiyyətinin sədri həmçinin onu da əlavə edib ki, gələcəkdə dəmir yolu vasitəsilə və tikiləcək tunellə "Tufandağ" və "Şahdağ" istirahət mərkəzlərinin birləşdirilməsi də planlaşdırılır.