İSTİLİK 41 DƏRƏCƏNİ ÖTÜB KEÇDİ

Azərbaycanda avqustun 4-ü saat 9:00-a olan bilgiyə əsasən, isti hava şəraiti davam edib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bilgi verilib. Qeyd edilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, dağlıq rayonlarda 30, Aran rayonlarında 41, Naxçıvan MR-da isə 40 dərəcəyədək isti qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin avqustun 8-dək davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 29-34, Mərkəzi aran, eyni zamanda Naxçıvan MR-da 35-40, bəzi yerlərdə isə 41 dərəcəyədək isti olacağı gözlənilir. Bu barədə bilgi Milli Hidrometeorologiya Xidmətindən verilib. Abşeron yarımadasında, o cümlədən sahilyanı ərazilərdə cənub-şərq küləklərinin üstünlüyü gözlənilir ki, bu da havada nisbi rütubətin yüksəlməsinə və durğun hava şəraitinin olmasına səbəb olacaq.