İSTANBULDA TÜRKİYƏ-AZƏRBAYCAN ORTAQ MEDİA PLATFORMASININ İLK İCLASI KEÇİRİLİB

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının mediaforumu çərçivəsində Türkiyə-Azərbaycan Ortaq Media Platformasının ilk iclası keçirilib. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun rəhbərliyi ilə keçirilən görüşdə iki qardaş ölkənin media və kommunikasiya sahələri üzrə rəsmi şəxslərlərindən ibarət nümayəndə heyətləri iştirak ediblər.