İSTANBUL KÜÇƏLƏRİNİ SEL BASDI
Baxış sayı: 533
Türkiyənin İstanbul şəhərində iki gün davam edəcəyi gözlənilən leysan gecə saatlarından etibarən təsirini göstərməyə başlayıb. Esenyurt-Beylikdüzü ətrafında təsirli olan yağış kanalizasiya və su axarlarının partlamasına səbəb olub, küçələri su basıb. Körpülərin altı və küçələr sel suları ilə dolub. Hətta iş yerlərinə avtomobillə getmək istəyən vətəndaşlar sel suları ilə dolu küçələrdə hərəkət etmək məcburiyyətində qalıblar.
Digər tərəfdən, kanalizasiya lyukundan fontan vuran su küçəni cənginə alaraq nəqliyyatın hərəkətini daha da çətinləşdirib.