İSRAİLƏ QARŞI 5 CƏBHƏ AÇILIR?

İsrail və HƏMAS arasında hazırki münaqişə olduqca uzunmüddətlidir və geniş eskalasiya üçün başlanğıc nöqtələri mövcuddur.Bu fikirlər Səudiyyə Ərəbistanı və Bəhreyndə

yerləşən “Le Beck” Yaxın Şərq mərkəzinin ekspertlərinin təhlilində yer alır. Məqalədə qeyd edilir ki, rəqibləri İsrailə qarşı 5 cəbhə aça bilər: Qəzza sektoru, Livan, Suriya, İran və Fələstindən. Məqalədə o da bildirilir ki, İran və müttəfiqləri Fələstin məsələsini öz ideologiyalarının dayağına çeviriblər və buna görə də kənarda dayana bilməzlər.