İSRAİLİN BİZNES DAİRƏLƏRİ AZƏRBAYCANLA ƏMƏKDAŞLIQDA MvARAQLIDIR
Baxış sayı: 1006
İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-İsrail iqtisadi münasibətlərinin yüksək səviyyədə olduğunu, əməkdaşlığın gücləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. İsraildə açılan Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri iş adamları arasında əməkdaşlığın genişlənməsi üçün yeni mexanizmlərdir və qeyri-neft ixracının artırılması, biznes və investisiya mühitinin təşviqi, qarşılıqlı investisiyaların cəlb olunması, həmçinin turizm əlaqələrinin inkişafına fayda verəcək.