İSRAİLDƏN İRANA DƏHŞƏTLİ ZƏRBƏ

İsrail ordusunun Suriyada İran obyektlərinə hücumunun detalları bəlli olub. bu barədə məlumatı “İran İnternəşinəl” öz mənbələrinə istinadən yayıb. Məlumata görə,

hücumlar xüsusilə 30-31 mart tarixlərində yaşanıb. Belə ki, hücum nəticəsində Dəməşqin Əlmuzex rayonu vurulub. Sayt məhz bu rayonda İran İslam İnqilabı Korpusunun kəşfiyyat mərkəzinin yerləşdiyini bildirib. Məhz bu mərkəzə endirilən zərbə nəticəsində bir müddət Suriyada öldürüldükləri elan edilən Milad Heydəri və Miqdad Mehqani zərərsizləşdirilib. Onlar SEPAH-ın kəşfiyyat mərkəzində müstəntiq kimi çalışıblar və buna uyğun olaraq yüksək vəzifəyə sahib olublar.Saytın mənbələri hücumun İsraildə bir müddət müddət əvvəl törədilmiş terror aktına cavab olduğunu bildirib. Təl-Əviv ölkəyə göndərilən terrorçunun Hizbullahdan əmr aldığını müəyyən edib.