İSRAİLDƏ AZƏRBAYCANIN TİCARƏT VƏ TURİZM NÜMAYƏNDƏLİKLƏRİ AÇILIB

İyulun 29-da İsrailin Təl-Əviv şəhərində Azərbaycan Respublikasının Ticarət və Turizm nümayəndəlikləri açılıb. İsrailin Təl-Əviv şəhərində Azərbaycan Respublikasının Ticarət və Turizm nümayəndəlikləri açılıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədrləri – Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, İsrailin turizm naziri Yoel Razvozov, Azərbaycan nümayəndə heyəti, İsrail rəsmiləri, ziyalılar və biznes dairələrin nümayəndələri, İsrail-Azərbaycan Ticarət-Sənaye Palatasının üzvləri iştirak ediblər. İştirakçılar Azərbaycan Ticarət Nümayəndəliyinin ofisi ilə tanış olublar.