İSRAİL İRANI MƏHV ETMƏK İSTƏYİR ?
Baxış sayı: 60
İsrailin çoxdanki arzusu İrani məhv etməkdir. Təl-Əviv hesab edir ki, indi bunu etmək üçün əlverişli zamandir. Bu sözləri Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan erməni mediasina geniş müsahibəsində deyib. “İki ssenari var: ya İrani danişiqlar masasina qayitmaq üçün qorxudurlar, ya da ABŞ doğrudan da İrana hücum edəcək. Amma İran özünü müdafiə edə bilər, ilk növbədə Amerika hərbi bazalarını vuracaq, Yaxin Şərqdəki neft obyektlərinə hücum edəcək, bu da neftin qiymətini 4-5 dəfə artiracaq. Təbii ki, İsraili də vuracaq - İranin hipersəs raketləri var”, - deyə o bildirib.Xaçikyanın fikrincə, ruslar İrana kömək edəcəklər, ancaq təbii ki, gizli şəkildə, necə ki, Tehran Ukrayna müharibəsi zamanı Moskvaya kömək edib. O, həmçinin vurğulayıb ki, İrana mümkün hücum olarsa, Tehran artıq bizə kömək edə bilməz və Azərbaycan bu fürsətdən istifadə edəcək. Qeyd edək ki, Donald Tramp ABŞ və İran arasında bırbaşa danışıqların başladığını elan edıb.
#QafqazTV #İsrail #İran #ABŞ