İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATI QƏBƏLƏNİ 2020-Cİ İL ÜÇÜN TURİZM ŞƏHƏRİ ELAN EDİB

Ölkəmiz, sürətlə inkişaf edən turizm sahəsində yeni yeni uğurlara imza atmaqda davam edir. Belə ki, 60-a yaxın dövləti özündə birləşdirən İslam Əməkdaşlıq təşkilatı Qəbələ şəhərini 2020-ci il üçün turizm şəhəri elan edib.

İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi Azərbaycan Respublikası və İƏT qurumları ilə əlaqəli şəkildə Qəbələni “İƏT 2020”-nin Turizm şəhəri elan edib.“ftnnews.com” saytında dərc olunmuş məqalədə bildirilir ki, İslam Turizm Paytaxtı hər il İƏT tərəfindən üzv dövlətlərlə məsləhətləşmələr əsnasında seçilir. Proqramın məqsədi seçilən paytaxtların turizm və iqtisadi imkanlarını artırmaq, məhsul və xidmətlər mübadiləsi yolu ilə İslam həmrəyliyini gücləndirmək və turizm sektorunda infrastrukturu dəstəkləməkdir.İƏT turizmi inkişaf etdirmək, mədəniyyət və incəsənəti nümayiş etdirmək və şəhər və bölgələrdə İslam turizm sərgiləri keçirmək üçün Azərbaycan Respublikası ilə əlaqəli şəkildə hərtərəfli proqram hazırlayır. XI İƏT nazirlər konfransına ev sahibliyi edəcək Qəbələ üçün 2020-ci ilin son dərəcə məhsuldar bir il olacağı gözlənilir.