İRƏVANDA VƏZİYYƏT GƏRGİNLƏŞDİ: MÜXALİFƏT XALQA MÜRACİƏT ETDİ
Baxış sayı: 87
İrəvanda etirazçılar İctimai telekanalın binasına yürüş ediblər. Ermənistan mediası xəbər verir ki, mitinqinin başa çatmasından sonra etirazçıların lideri arxiyepiskop Baqrat Qalstanyan dağılışmamağı və İctimai Televiziyaya yürüş etməyi təklif edib. O, etirazçılar üçün öz mövqeyini səsləndirmək məqsədilə efir vaxtı tələb edib. Bundan sonra arxiyepiskop Baqrat Qalstanyan ölkənin İctimai Televiziyası ilə canlı efirə çıxıb. O, xalqa müraciət edərək, baş nazir Nikol Paşinyanın əleyhinə danışıb: "Dövlət başçısı səs toplamaq üçün çoxlu vəd verdi. Vədlərindən dönərsə, əlini kəsəcəyi ilə hədələdi. Dəfələrlə soruşdum ki, bu əl haradadır? Mübarizəmiz nə olursa olsun, davam edəcək. Biz qalib gələcəyik", - deyə o bildirib. Qalstyan fürsətdən istifadə edərək, əhalini bazar günü Respublika meydanına gəlməyə çağırıb. Qalstanyan ha belə tərəfdarlarının Ermənistanın baş naziri Nikol Paşinyanın istefasına nail olacağına da əmin olduğunu bildirib. Xatırladaq ki, Qalstanyan bir müddət əvvəl Ermənistan vətəndaşlarını İrəvandakı mitinqə çıxmağa və mübarizənin yeni mərhələsinə qoşulmağa çağırıb. Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının artıq məyusluq, acizlik və müzakirə üçün vaxtı yoxdur.