İRƏVANDA ETİRAZ AKSİYALARI KÜTLƏVİ HAL ALIR

Azərbaycan Qarabağda lokal xarakterli antiteror əməliyyatlarına başlayandan sonra Ermənistanda hökumətə qarşı etiraz aksiyaları başlayıb.  Dünən gecə erməni polisi hakimiyyətin

dəyişdirilməsi tələbi ilə hökumət binasının qarşısına toplaşanları dağıtmaq üçün səs qumbaralarından istifadə edib. Toqquşmalar nəticədə 34 nəfər yaralanıb: Yaralananlardan16 - ı polis, 18-i isə siravi vətəndaşdır. Yaralıların əksəriyyəti ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Erməni KİV – lərinin yaydığı bilgiyə görə Polis Milli Assambleyanın deputatı Qeqam Manukyana qarşı amansız güc tətbiq edib. O, burun sınığı və ciddi xəsarətlərlə xəstəxanaya aparılıb. Gecə baş verən etiraz aksiyaları hələ də davam edir. Erməni ekspertlərin fikrincə aksiyaların getdikcə kütləvi hal alacağı gözlənilir. Bu arada sosial şəbəkələrin erməni seqmentində ermənilərin Ağdərəni boşaltdığı haqda bilgələr yayılıb. Bu barədə bilgini erməni jurnalist Marat Yeganyan Feysbuk səhifəsində paylaşıb. “Ağdərə təxliyə olunur”, - deyə Yeganyan bildirib. Digər erməni jurnalist Aram Gevorqyan da Yeganyanın yazdıqlarını təsdiqləyib. Onun sözlərinə görə, mülki əhali kütləvi şəkildə Ağdərədən çıxarılır.