İRƏVAN “ZƏNGƏZUR DƏHLİZİ”Nİ ÖZÜNÜN “QIRMIZI XƏTTİ” SAYIR

İran Zəngəzur dəhlizinin açılması ilə bağlı addımlar atmağa başlayıb. Hətta iddia edilir ki, Tehran Ankaraya nümayəndə heyyəti göndərəcək. Iran XİN-in rəsmisi İsmayıl Bəqayi dəhlizlə bağlı İranın mövqeyinə toxunub. Diplomat tezliklə məssələnin həllini tapacağına ümidli olduğunu vurğulayıb. “Diplomat bildirib ki, Zəngəzur dəhlizi heç də siyasi məsələ deyil, bu, iki ölkə arasında çox spesifik tarixə malik texniki məsələdir. İran və Türkiyənin səyi ondan ibarətdir ki, mehriban qonşuluğu və iki ölkənin marşrutları vasitəsi ilə yüklərin daşınması məsələsinin, hər iki ölkə üçün vacib olduğunu nəzərə alaraq, biz bu məsələni hansısa formada həll etməyə çalışmışıq.” İran nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsini alqışladığını açıqlayıb. Rəsmi Tehran kommunikasiya xəttləri açılarkən ölkələrin suverenliyinə də hörmət edilməli olduğunu bildirib. Zəngəzur dəhlizinin açılması məsələsinin gündəmə gəlməsi İrəvanda xoş qarşılanmayıb. Baş nazirin müavini Miqer Qriqoryan dəhlizi ölkəsinin qırmızı xətti adlandırıb. O, kommunikasiya xəttlərinin açılmayacağını bildirib. Xarici KİV-lərin yazdığına görə İran Rusiya ilə ticarət və hərbi əlaqələrin dərinləşməsinə can atır. Tehranın hazırda bütün mövcud nəqliyyat marşrutlarından istifadə etməyə çalışdığı bildirilir. Bu səbəbdən də İranın qərbin sanksiyalarından yan keçmək üçün Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşacağı güman edilir.