İRƏVAN LAÇIN İSTİQAMƏTİNDƏ TƏXRİBATA HAZIRLAŞIR
Baxış sayı: 293
İrəvanda ərzaqlarla dolu yük maşınları Laçın istiqamətində hərəkət etmək üçün çıxış qərarı gözləyir. Bu barədə Teleqram kanallarında görüntülər paylaşılıb.Bildirilir ki, əgər qərar verilərsə, onlar Ermənistanın Azərbaycanla şərti dövlət sərhəddinə yaxınlaşaraq yardımı separatçılara çatdırmağa çalışacaqlar. Aldığımız son bilgiyə görə dırnağarası humanitar yük daşıyan avtomobillər Ermənistandan Laçın rayonunda yerləşən nəzarət keçid-məntəqəsinə doğru yola düşüb. Ehtimal olunur ki, bir qrup erməni Laçındakı nəzarət keçid-məntəqəsinə yaxın ərazilərdə stabilliyi pozmaq niyyətindədir.Qeyd edək ki, Azərbaycan tərəfi ötən gün bəyanat yayaraq, mümkün təxribata görə Ermənistanın məsuliyyət daşıdığını bildirib.