İRANIN ALİ DİNİ RƏHBƏRİ “B PLANI”NA KEÇİR?

“İranın Ali rəhbəri Ayətullah Əli Xamenei ölkədə etirazların şiddətlənməsi və təhlükəsizlik qüvvələrinə nəzarəti ələ almaq üçün ehtiyat planı hazırlayır ”. Bu barədə “Tayms” qəzeti kəşfiyyat hesabatına istinadən bilgi yayıb.“ Xamenei 20 nəfərə qədər yaxın çevrəsi və aillə üzvləri ilə birlikdə Moskvaya təxliyə olunma variantını nəzərdən keçirir. Mənbənin iddiasına görə, “B planı” Xameneinin oğlu və ehtimal olunan varisi Müctəba Xamenei ilə yanaşı, ən yaxın tərəfdarlarının da ölkədən çıxarılmasını əhatə edir”, – deyə nəşr yazıb.Verilən bilgiyə görə, hesabatda qeyd olunub ki, Tehrandan çıxış marşrutları əvvəlcədən planlaşdırılıb: “Təhlükəsiz gediş üçün xaricdə daşınmaz əmlak və nağd vəsait kimi aktivlər hazır vəziyyətə gətirilib. Amma iyun ayında İsraillə baş vermiş 12 günlük müharibədən sonra Xamenei fiziki və psixoloji baxımdan zəifləyib”. İranın ali dini rəhbəri Ayətullah Əli Xamenei isə öz növbəsində bu gün ölkədəki vəziyyət və xarici təhdidlər barədə açıqlama verib. Xamenei çıxışında vurğulayıb ki, “Biz düşmən qarşısında təslim olmayacağıq və ABŞ-ın təzyiqlərinə boyun əyməyəcəyik”. O, həmçinin ölkə daxilindəki etirazların səbəblərini müəyyən dərəcədə haqlı sayaraq, iqtisadi çətinliklər və inflyasiya səbəbindən narazılıqların mövcud olduğunu bildirib. Bununla belə Xamenei xarici qüvvələrin təsiri altında baş verən qiyamları fərqləndirib və onları ciddi şəkildə yatırtmağı tələb edib: “Xarici təsir altında olan qiyamçılarla sərt mübarizə aparılacaq.”- deyə Xamenei əlavə edib.