İRANDAKI BÜTÜN NÜVƏ OBYEKTLƏRİ MƏHV EDİLDİ

Kütləvi hava və raket zərbələri İranın nüvə obyektlərinə böyük ziyan vurub. Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” səhifəsində yazıb. “Peyk görüntüləri İrandakı bütün nüvə obyektlərinə böyük ziyan dəydiyini göstərir. Burada “məhv” sözü daha dəqiqdir”, - deyə o bildirib. Lakin Ekspert Jacob Kirkegaard bu fikirdə deyil. Belə ki, Ekspert Euronews-a müsahibəsində bildirib ki, ABŞ-ın zərbələrinə baxmayaraq, İran hələ də nüvə proqramını davam etdirməyə qadirdir və yalnız rejim dəyişikliyi bunu dayandıra bilər. Qeyd edək ki, ABŞ Hərb Hava Qüvvələri 22 iyunda İranın 3 nüvə obyektinə zərbələr endirib. Amerika lideri bunu ABŞ, İsrail və bütün beynəlxalq ictimaiyyət üçün “tarixi an” adlandırıb və deyib ki, bu “heyrətamiz uğurdan” sonra İran sülhə razı olmalıdır. Ancaq, İslam Respublikası isə iddia edib ki, ABŞ-ın zərbələri onun obyektlərinə ciddi ziyan vurmayıb.