İRANDA ÖLƏNLƏRİN SAYI DURMADAN ARTIR
Baxış sayı: 493
İran İnsan Haqları Mərkəzinin yaydığı bilgiyə görə ölkədə baş verən iğtişaşlarda ölənlərin sayı 55 nəfərə çatıb. Qeyd edək ki, ötən gün 41 nəfərin adı açıqlanmışdı. Sinra isə daha 14 nəfərin də adı məlum olub. Bununla yanaşı Anonimus Xaker qrupu İran hökumətinin rəsmi saytlarına hücumunun davamı olaraq bu dəfə ölkə parlamentinin saytını dağıdıb. Habelə xakerlər hazırladıqları klipdə iranlı deputatların telefon nömrələrini yayaraq, onlardan soruşun görək niyə diktatoru müdafiə edirlər deyə, yerli əhaliyə müraciət ediblər. Qeyd edək ki, bundan bir müddət öncə qrup tərəfindən İran teleradiosuna bağlı və 24 saat ərəbdilində yayıma çıxan “Əl Aləm” Telekanalının saytı dağıdılmışdı.