İRANDA ÖLƏNLƏRİN SAYI 35-Ə ÇATDI

Təbriz, Bakı, Ankara biz hara farslar hara. Minlərlə insanın səsləndirdiyi bu şüar Güney Azərbaycanın mərkəzi Təbriz şəhərindəndir. Artıq günlərdir İran rejiminə qarşı keçirilən aksiyalar Güney Azərbaycan şəhərlərində də artan xətlə davam etməkdədir. Qeyd edək ki, İranın Xomeyn şəhərində də aksiyalar davam edir. Belə ki, sakinlər ölkənin keçmiş rəhbəri Ayətullah Xomeyninin şəkli olan banneri yandırıblar. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Bilgiyə görə, sentyabrın 23-də cümə namazından sonra qəzəbli sakinlərdən biri Ruhullah Xomeyninin evinin qarşısında asılan plakatına od vurub. O da vurğulanır ki, ölkənin digər bölgələri kimi, Xomeyn əhalisi də ötən axşam küçələrə axışaraq hakimiyyət əleyhinə şüarlar səsləndiriblər. Xüsusi təyinatlı qüvvələr etirazçıları dağıtmaq üçün hərəkətə keçsələr də, xalqın müqaviməti qarşısında tab gətirməyib qaçmağa məcbur olublar. Haber Türkün verdiyi bilgiyə görə İran Səlahiyyətliləri iğtişaşlarda ölənlərin dəqiq sayını açıqlamasa da, ancaq ölkənin dövlət televiziyası hadisələr zamanı indiyədək 35 nəfərin öldüyünü açıqlayıb. Bu arada Tesla və SpaceX-in qurucusu milyarder İlon Mask İranda “Starlink” peyk internet xidmətinin aktivləşdiriləcəyini açıqlayıb.