İRANDA TURİSTLƏR“CASUS” KİMİ HƏBS EDİLİR

Təbiəti, müqəddəs yerləri və qədimliyinə görə İran turizm baxımından cəlbedici ölkədir. Ancaq ölkədə son illər baş verənlər, hakimiyyətin yürütdüyü dağıdıcı siyasət bu sahəyə də mənfi

təsir göstərib. Bir sıra dövlətlər təhlükəsizlik təmin olunmaması və sabitlik pozulduğu üçün vətəndaşlarını İrana səfər etməyi məsləhət görmürlər. Başqa sözlə, son illər baş verən etiraz aksiyalarına görə ölkədə sabitlik pozulub, turistlərin təhlükəsizliyinin təmin edilməsində çox ciddi problemlər yaranıb. Bir çox hallarda hüquq-mühafizə orqanları xarici ölkə vətəndaşlarını saxlayaraq barələrində cinayət işi başlayırlar. “Uzun müddətdir ki, İraq kimi ölkələrdən gələn Həcc ziyarətçiləri istisna olmaqla, digər turistlər İrana pulsuz da olsa, gəlmək istəmirlər”. Bu sözləri İran Tur Operatorları Assosiasiyasının rəhbəri İbrahim Purfərəc deyib. Bu barədə “Azad İran” “Telegram” kanalı bilgi verib. İbrahim Purfərəcin sözlərinə görə, İrana xarici turist axınının olmaması ölkədə turizm sektorunun bağlanmasına və tur operatorları arasında kəskin işsizliyə səbəb olub.  Qeyd edək ki, İranda turizm mövzusu yaz və payız ayları olmasına baxmayaraq, hər iki fəsildə də turizm sahəsində heç bir irəliləyiş olmayıb.