İranda silahlı şəxslər polis bölməsinə hücum edib. Bu barədə “Azad İran” “Telegram” kanalı bilgi yayıb. Bildirilir ki, molla rejimindən narazı etnik bəlucların yaşadığı
Zahidan şəhərində səhər saat 07:15 radələrində silahlı şəxslər 16 saylı polis bölməsini ələ keçiriblər.Verilən son bilgilərə görə, müqavimət hələ də davam edir. Bu arada Hökumət mediasının verdiyi bilgiyə görə bir neçə hərbçin öldürülüb. Yaralılar barədə isə hələ ki, hər hansı bir bilgi verilmir.