İRANDA ETİRAZLARDA 63 UŞAQ ÖLDÜRÜLÜB

İranda sentyabrdan başlayan aksiyalar Əlburz, İsfahan, Kirmanşah, Qum, Məşhəd, Sənəndəc, Tehran və bir sıra şəhərlərində davam edir. Etirazlarda "Ey fəhlə fəryad eylə, haqqını tələb eylə", “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!”, "Əxlaqsız sənsən, hədsiz sənsən, mən azad qadınam!" və digər şüarlar səsləndirilib. İran universitetlərində tələbələr rejiminin yürütdüyü anti-xalq siyasətinə etiraz olaraq yeməklərdən imtina edib. - 17 sentyabr-24 noyabr tarixlərində İranda davam edən etiraz nümayişləri zamanı 63-ü uşaq olmaqla 448 nəfər hökumət qüvvələri tərəfindən öldürülüb; - 18170 nəfər saxlanılıb, onlardan 3312-nin kimliyi və harada saxlanıldığının dəqiqləşdirilib və bunlardan 565 nəfər tələbədir; - Bu müddət ərzində 156 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 143 universitetin tələbələri etirazlara dəstək veriblər.