İRANDA ETİRAZLAR SİLAHLI QARŞIDURMAYA ÇEVRİLDİ
Baxış sayı: 28
İranda baş verən etirazlar zorakılıq və qətllərlə müşahidə edilir. İndiyə qədər onlarla insanın öldürüldüyü və yaralandığı haqda məlumatlar var. Rejim real vəziyyəti gizlətməyə çalışsa da, Nyu Yorkda mənzillənən İranda İnsan Haqları Mərkəzi 8 etirazçının öldürüldüyü, onlarla insanın yaralandığı, 100-dən çox insanın isə həbs edildiyi məlumatını yayıb. Etirazlar zamanı ən azı 50-yə yaxın şəxsin həqiqi mərmi ilə vurulduğu müəyyən edilib. Qeyd edək ki, İranın paytaxtı Tehranda etiraz aksiyaları gecə saatlarında da davam edib.İnsanlar yolları bağlayır və hökumətə qarşı şüar səsləndiriblər. "Xameneyiyə ölüm olsun!” “Bu il qan ilidir, Seyid Əli devrilməlidir!" kimi şüarlar xüsusilə diqqət çəkib. xarici KİV-lərin verdiyi bilgiyə görə bu gecədən etibarən İranda etirazlar silahlı qarşıdurma mərhələsinə keçib. Etirazçılar təhlükəsizlik qüvvələrinin hərəkətinin qarşısını almaq üçün şəhərlərin girişlərində yanan barrikadalar qurur, bəzi qruplar isə avtomat silahlarla silahlanıb.Ölkənin cənub-qərbində yerləşən yaşayış məhəllələrində atəş səsləri eşidilib. Əhvaz şəhərində isə bir neçə mülki şəxsin yaralandığı bildirilir.
