İRANDA AZƏRBAYCANLI GƏNCLƏR EDAM EDİLƏCƏK

İranda davam edən etirazlar fonunda Astara milli fəallarının lideri həbs edilib. Bu barədə Moizə teleqram kanalı bilgi yayıb. Bildirilir ki, Güney Azərbaycanın Astara şəhərindən olan milli fəal Abbas Nəmini saxlanılıb. Onu etirazların lideri kimi ittiham edirlər. Astarada son etiraz aksiyalarında həbs edilən Abbas Nəminiyə hətta vəkil tutmağa belə icazə verilmir. Yaxınlarının dediyinə görə çox güman ki, rejim milli fəala ölüm hökmü çıxartmaq niyyətindədir. Bundan başqa Moizə teleqram kanalı molla rejiminin digər bir güneyli gəncə edam cəzasının verilməsi ilə bağlı da bilgi yayıb. Qeyd olunur ki, 26 yaşlı Səhən Nurməhəmmədzadə inqlab məhkəməsinin hökmü ilə ölüm cəzasına məhkum edilib. Qeyd edək 26 yaşlı Səhən Nurməhəmmədzadə etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai – nəqliyyatın işinə mane olmaqda günahlandırılır. Yaxınları Səhən Nurməhəmmədzadənin barəsində edam qərarının verilməsinin ədalətsiz olduğunu və bunun başqa etirazçıları qorxudaraq aksiyalardan çəkindirmək məqsədi daşıdığını bildirirlər. Azərbaycanlı gənc ona qarşı sürülən ittihamları qəbul etməyib.