İRAN YENİ SANKSİYALARLA ÜZ-ÜZƏ

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar hazırlayır. Sanksiyaların İrandakı etirazların yatırılması və Rusiyaya hərbi texnikaların tədarük edilməsi ilə bağlı olduğu bildirilir. Sanksiyalar müəyyən fiziki və hüquqi şəxslər üçün səyahət qadağaları və xarici aktivlərin dondurulmasına aiddir. Dekabrın 12-də Aİ XİN – nin Brüsseldə keçiriləcək görüşündə yeni sanksiyalar paketinin imzalanacağı gözlənilir. Qeyd edək ki, yeni sanksiyalar İranda etiraz aksiyalarının yatırılmasında iştirak etdiyinə görə 21 hüquqi və fiziki şəxsə şamil ediləcək. Daha 10 nəfər Rusiyaya PUA –larının tədarükü ilə bağlı məhdudiyyətlərə məruz qalacaq.