İRAN SƏUDİYYƏ ƏRƏBİSTANLA MÜHARİBƏYƏ HAZIRLAŞIR ?

Səudiyyə Ərəbistanındakı ABŞ qoşunları və krallığın öz ordusu İrandan gələn hədələrdən sonra yüksək hazırlıq vəziyətinə gətirilib. Ər- Riyad Səudiyyə Ərəbistanındakı obyektlərə, o cümlədən infrastruktur hədəflərinə mümkün zərbələr gözləyir. Ölkə kəşfiyyatının əldə etdiyi bilgiyə görə yaxın 48 saat ərzində İran tərəfindən hücum baş verə bilər. Kəşfiyat idarəsi Tehranın diqqəti yerli etidrazlardan yayındırmaq məqsədi ilə bu addımı ata biləcəyini bildirib. Qeyd edək ki, rəsmi Tehran bundan əvvəl ABŞ, Britaniya, İsrail və Səudiyyə Ərəbistanını ölkədə etiraz aksiyaları təşkil etməkdə ittiham edib. ABŞ Milli Təhlükəsizik Şurasının sözcüsü isə bildirib ki, ABŞ İrandan Səudiyyə Ərəbistanına qarşı təhdidlərdən narahatdır və lazım gələrsə cavab verməyə hazırdır.