İRAN RUSİYA İLƏ ƏLAQƏLƏRİ POZMAQ ÜÇÜN BƏHANƏ AXTARIR
Baxış sayı: 116
Rəsmi Moskva Paşinyanı sülh təşəbbüslərinə hörmətlə yanaşmağa çağırıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, cənubi Qafqaz regionunda sülh və sabitliyə nail olmaq üçün müvafiq sənədlərin müddəalarını hazırlayanların səylərinə hörmət etmək lazımdır. Ən vacibi budur ki, məhsuliyyətli siyasətçilər mürəkkəb tarixi prosses nəticəsində hazırlanmış sənədlərə qarşı məhsuliyyətsiz davranmamalıdır- deyə Zaxarova bildirib. Həmçinin İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı Rusiyaya etirazlarına münasibət bildirib. İranda anti Rusiya informasiya kompaniyasının müəyyən dairələr tərəfindən aparıldığını deyib. Zaxarova bunları təxribat adlandırıb və bu məsələdə qərbin əlinin olduğunu vurğulayıb. Qeyd edək ki, İran ardıcıl şəkildə Zəngəzur dəhlizi əleyhinə bəyanatlar səsləndirməkdədir. Cənub qonşumuz iddia edir ki, Zəngəzur dəhlizinin açılması regionda sərhədlərin dəyişməsinə səbəb olacaq və buna icazə vermək istəmir. Bu onun qırmızı xəttidir. Maraqlıdır ki, İranın bəyanatları Azərbaycana yox, daha çox Rusiyaya qarşı yönəlib. Sanki rəsmi Tehran Moskva ilə münasibətləri korlamaq üçün bəhanə axtarır.