İran Prezidenti İbrahim Rəisi Qəzza zolağında xəstəxananın bombalanmasında İsrail və ABŞ-ı günahlandıraraq qisasla təhdid edib. O, bu barədə özünün X hesabında yazıb. “Bu
gecə Qəzzada Əl-Muamdani (Əl-Əhli) xəstəxanasında yaralı fələstinli qurbanların üzərinə atılan Amerika-İsrail bombalarının alovu tezliklə sionistləri bürüyəcək”, - deyə Rəisi yazıb. Qeyd edək ki, dünən Qəzzadakı xəstəxananın raketlə vurması nəticəsində 800-dən çox mülki insan həyatını itirib. Onların arasında qadın və uşaqlar üstünlük təşkil edir. İsrail ordusu xəstəxananı vurmadığını, ora “İslami-Cihad”ın atdığı raketin düşdüyünü bildirib.