İRAN POLİSİ DİNC SAKİNLƏRİ GÜLLƏLƏYİR
Baxış sayı: 507
İranda, Tehran küçələrində xüsusi təyinatlılar yoldan keçən dinc sakinlərə atəş açırlar. Bu barədə “Azad İran” “Telegram” kanalı bilgi yayıb. İranın Bukan şəhərində isə məktəbli qızlar etiraza qalxıblar. “Azad İran” “Telegram” kanalının verdiyi bilgiyə görə, şəhərin küçələrinə axışan narazı şagirdlər “Top, tüfəng, tank ola, molla gərək rədd ola!” şüarı səsləndiriblər. Xatırladaq ki, 22 yaşlı Məhsa Əmininin ölümünün səbəb olduğu etirazlar İranın 2019-cu ildən bəri ölkənin dindar hakimiyyətinə qarşı ən böyük etiraz nümayişinə çevrilib və ölkədə baş verən iğtişaşlarda onlarla insan həlak olub.