İRAN İSRAİLƏ 800 PUA İLƏ HÜCUMA KEÇDİ
Baxış sayı: 57
İran son bir neçə saat ərzində İsrailə 100-dən çox PUA ilə hücuma keçib.
bu barədə Israil ordusunun briqada generalı Effi Defrin məlumat yayıb.
Onun sözlərinə görə, İsrail ordusu PUA-ları vurmaq üçün iş aparır. PUA-ların İsrailə iki saata çatacağı bildirilir. İsrail ordusundan bildirilib ki, Hərbi Hava Qüvvələri İsraildən kənarda, Yaxın Şərq səmasında İran PUA-larını vurmağa başlayıb. İran ordusunun X səhifəsində İsrailə 800 PUA ilə hücum edildiyi bildirilib. Bu barədə İsrail ordusundan verilən bilgiyə görə isə İranın bütün PUA-ları İsrailə çatmadan vurulub.