İRAN HƏMAS-IN HÜCUMLARINI DƏSTƏKLƏYİR

Əlimizdə olan bütün imkanlardan İsrailin məhv edilməsi üçün istifadə edəcəyik. Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun, qısaca desək SEPAH-ın baş komandanının müavini Əli Fədəvi yerli mediaya açıqlamasında deyib. Əli Fədəvi onu da əlavə edib ki, “İran birmənalı olaraq HƏMAS-ın hücumlarını dəstəkləyir. İsrailin taleyi isə tezliklə müəyyənləşəcək”.