İRAN GÜCSÜZLƏŞİR
Baxış sayı: 529
İranda ölkə əhalisinin üzləşdiyi hüquqi, insani, demokratiyaya zidd bir ortamın olduğunu duyanda niyə insanların öz haqlarını istəmədikləri düşündürürdü? Amma tarixə baxsaq bütün diktator rejimlərinin sonu da elə diktatorlarının sonu kimi olub. Diktaturanın hökm sürdüyü bir dövlət inkişaf edə bilməz. Belə dövlətləri bir müddət hansısa idelaogiya ayaqda saxlaya bilər, amma bir müddət. Elə qonşuluğumuzda olan İran İslam Respublikası kimi. Adından da göründüyü kimi bu republikanı bu günə qədər ayaqda tutan din faktoru idi. Amma müsəlman bir ölkə olduğunu iddia edən bir dövlətin məscidlərdə donuz saxlayan terrorçulara araxa çıxmaları onların bu günə qədər qurduqları və özləri özlərini inandırmağa çalışdığı bu din faktorunu darmadağın etdi. Artıq insanların gözlərini boyamaq üçün yararlandıqları pərdə aradan qalxandan sonra insanlar neçə illər onları çevrələyən sıxıntıları görməyə başladılar. Bu gün İranda artan etiraz dalğaları da bunun göstəricisidir.