İRAN ERMƏNİSTANI SEÇDİ

Bir neçə gün öncə İran Parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın Azərbaycana səfər edəcəyi barədə bilgi yayılmışdı. Bu barədə İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı bildirib. Lakin diplomatik mənbələrdən daxil olan bilgiyə əsasən Qalibafın ölkəmizə səfəri İran tərəfindən müvafiq xəbərdarlıq edilmədən birtərəfli şəkildə ləğv olunub. Bu azmış kimi spikerin bu günlərdə İrəvana səfər edəcəyi bildirilib. Qeyd edək ki, İran tərəfinin bu qərarı onun bölgədə yürütdüyü siyasətinin mahiyətini açıq – aydın göstərir. Rəsmi Tehran öz qərarı ilə Bakı və İrəvan arasındakı seçimdə ikinciyə üstünlük verdiyini açıq şəkildə bəyan edir. Bununlada İran, Azərbaycana qarşı münasibətində növbəti dəfə əsl simasını göstərmiş olur.