İRAN DİPLOMATİK MÜNASİBƏTLƏRİ VİRAN QOYUR

“Azərbaycanın İrandakı səfirliyinə hücum Azərbaycan Respublikasının da prezidentinin qeyd etdiyi kimi bir mənalı şəkildə terror hadisəsidir. Bu terrorun hansı motivdən törədilməsindən asılı olmadan İran dövləti bu hadisəyə görə birbaşa məsuliyyət daşıyır.” Bu sözləri AMEA-nın Qafqazşünaslıq institunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə dedi. Yanvarın 27-də Tehranda yerləşən Azərbaycan səfirliyinin binasına olunan silahlı hücumu terror kimi qiymətləndirən siyasi şərhçi hadisənin hansı motivlərdən baş verdiyindən danışdı. Etiraz aksiyalarından sonra vətəndaşlara nəzarəti daha da gücləndirən iranda bir iran vətəndaşının iki silahı necə əldə edəbiıəcəyinin və bu silahla heç bir əngəllə qarşılanmadan Azərbaycan səfirliyinin ərazisinə daxil olmasının sual altında olduğunu vurğulayan şərhçi terrorçunun öncədənn məqsədli hazırlandığını qeyd etdi. İranda baş verən olaydan sonra öz tvitter hesabaında "Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.”- yazan Azərbaycan prezidenti İlham Əliyev bu terror aktının araşdırılmasının, terrorçuların cəzalandırılmasını tələb edildiyini və "Diplomatik nümayəndəliklərə qarşı terror hücumunun qəbuledilməz olduğunu yazıb. Polotoloq İlyas Hüseynovun sözlərinə əsasən rəsmi Bakı hesab edir ki, son vaxtlar İranda Azərbaycan əleyhinə anti-Azərbaycan kampaniyasının aparılması diplomatik missiyaya qarşı bu kimi hücumlara rəvac verib. İrandakı Azərbaycan səfirliyində İran vətəndaşının törətdiyi terror hadisəsinə hər cəhdlə məişət münaqişəsi donu geyindirməyə çalışılmasına baxmayaraq bu donun doğru biçilmədiyini deyən politoloq bildirdi ki, baş verən bu terror cinayəti ətraflı araşdırılmalıdır. Xatırladaq ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər yaralanıb. Azərbaycanın irandakı səfirliyinin təhlükəsizlik xidmətinin əməkdaşı əslən şuşalı Vasif Tağıyevin qorxmazlığı və çevikliyi sayəsinə terrorçu zərərsizləşdirilib və səfirliyin digər əməkdaşlarının həyatı xilas edilib.