İQTİSADİYYATIMIZ 2022 – Cİ İLDƏ NƏ İLƏ YADDA QALDI?
Baxış sayı: 468
Dünya iqtisadiyyatı 2022-ci ilə böyük ümidlərlə başlamışdı. Öncəki illərdə pandemiya üzündən qlobal iqtisadiyyat ciddi çətinliklər yaşamışdı. Artıq bütün dünyada pandemiyadan sonra yumşalmaların iqtisadi fəaliyyəti canlandırması gözlənirdi. Bir çox sahədə məhdudiyyətlər qaldırıldığından proqnozlar özünü doğrultsa da, ilboyu kəskinləşən infilyasiya bütün dünyada ciddi problem olaraq qalmağa davam etdi. Bəs ölkəmizdə necə, 2022-ci il iqtisadiyyat baximindan necə yadda qaldi? Qeyd edək ki, Azərbaycan iqtisadiyyatında bahalaşmanı 2022-ci ilin əsas iqtisadi mövzusu saymaq olar. Rəsmi rəqəmlərə görə, il ərzində qeydə alınan infilyasiya 13.8 faiz olub. Bu, 2008-ci ildən bəri Azərbaycanda qeydə alınan ən yüksək göstəricidir. Sırf ərzaq inflyasiyasına baxanda qiymət artımlarının daha kəskin olduğu gözə çarpır.