İp üzərində tarazlığı saxlayaraq bir neçə metrlərlə yüksəklikdə gəzə bilmək bir bacarıq istəyir. Eynilə Azərbaycanın digər gələnəksəl idman oyunlarında olduğu kimi.
Digər xalq sənətləri kimi ip üzərində gəzmək də atadan oğula ötürülür, uşaqlıqdan bu alışqanlıqlar yaradılır. Qubalı Amil Məmmədhüseynov deyir ki, bu sənətlə 12 yaşından məşğul olur. Bu sənətə yiyələnmək istəyən insan isə özünün hündürlük qorxusunu yenməyi, diqqətini toplayıb, dəngəsini qorumağı bacarmalıdır. Bu bacarıqlar isə təlimlər sayəsində qazanılır.